Tərtərdə 4 otaqlı ev odun peçindən yandı - FOTO

Tərtərdə 4 otaqlı ev odun peçindən yandı - FOTO
Foto
Hadisə 20

Tərtərdə fərdi evdə yanğın olub.

Hadisə rayonun Şıxarx qəsəbəsində qeydə alınıb.

Belə ki, Laçın rayonundan məcburi köçkün olan və Şıxarx qəsəbəsində məskunlaşan Muradov Yaşar Qoca ogluna məxsus 4 otaqlı ev yanıb.

Hadisə yerinə Tərtər yanğından mühafizə hissəsinin yanğınsöndürmə briqadası cəlb edilib. Yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı ev əşyalarının az bir hissəsi çıxarılıb.

Qeyd edək ki, ailə üzvləri yanğın zamanı evdə olublar. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının odun peçindən qopan qığılcımdan baş verdiyi deyilir.,,report

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər