Bakıda mikroavtobus kanala düşüb - FOTO
17
dek
2023
10:24
Bakının Suraxanı rayonunda avtomobil kanala düşüb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Hövsan yolunda qeydə alınıb. Nazir Mansurovun idarə etdiyi "Ford Tranzit" markalı mikroavtobus şəhər istiqamətində hərəkət edərkən kanala düşüb. Sürücü xəsarət almayıb və nəqliyyat vasitəsində tək olub. Avtomobil kanaldan çıxarılaraq ərazidən kənarlaşdırılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Rəşad Dağlının ŞOK İFADƏLƏRİ - FOTO/VİDEO
2022-ci il noyabrın 9-u səhər saat 5-də vətəndaş Samir Adıgözəlov Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək, Lökbatan dairəsi yaxınlığında naməlum ş...