Xaçmazda sənədsiz silahlar polisə təhvil verilib
16
dek
2023
21:50
Xaçmazda 3 ədəd sənədsiz silah polisə təhvil verilib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Tədbirlər zamanı polis əməkdaşları tərəfindən bu gün ərzində 3 ədəd tüfəng təhvil götürülüb.
Oxşar xəbərlər
Cəlilabadda örüş sahəsindən tapança aşkarlanıb - FOTO
Cəlilabadda örüş sahəsindən tapança aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöb...