Məktəbdə qətliam törədən İsanın atası: "Oğlum tez-tez interaktiv oyunlar oynayırdı"
Kahramanmaraşda məktəbdə qətliam törədən İsa Aras Mersinlinin atası, polis rəisi Uğur Mersinlinin məhkəmədə verdiyi ifadə ortaya çıxıb.
BAKU.WS xəbər verir ki, o verdiyi ifadədə oğlunun tez-tez interaktiv oyunlar oynadığını, otağına daxil olduqda isə kompüterdə açıq olan hər şeyi dərhal bağladığını qeyd edib.
Ata həmçinin vurğulayıb ki, psixoloq ona övladının cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkdiyi və nəzarətdə saxlanılmasının vacibliyi ilə bağlı xəbərdarlıq edib.
İfadəyə görə, təxminən bir ay əvvəl İsa atasından dostlarının silahla atəş açdığını deyərək, özünün də nə vaxt atış edəcəyini soruşub.
Uğur Mersinli əlavə edib ki, hadisədən bir neçə gün əvvəl, o, polis poliqonuna gedərək şəxsi silahı ilə atış edib və oğluna da bir neçə dəfə atəş açmağa icazə verib.
Oxşar xəbərlər
Özünü şagirdlərinə sipər edərək həlak olan Ayla müəllim kimdir? - FOTOFAKT
Türkiyənin Kahramanmaraş şəhərindəki Ayser Çalık adlı orta məktəbdə yaşanan silahlı insident zamanı 10 nəfər həyatını itirdi. Bu dəhşətli hadisə yalnız bir məkt...