Avropada yanacaq BÖHRANI: Altı həftəlik ehtiyat qalıb

Avropada yanacaq BÖHRANI: Altı həftəlik ehtiyat qalıb
İqtisadiyyat 27

"Avropada mövcud aviasiya yanacağı ehtiyatları təxminən altı həftəyə kifayət edəcək".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol "Associated Press" (AP) agentliyinə müsahibəsində deyib.

F.Birolun fikrincə, İrandakı müharibə və Hörmüz boğazının blokadası nəticəsində pozulmuş tədarüklər yaxın vaxtlarda bərpa olunmasa, aviaşirkətlər tezliklə reysləri ləğv etməyə başlayacaqlar.

BEA rəhbəri bəyan edib ki, dünya indiyə qədər qarşılaşdığımız ən böyük enerji böhranını yaşayır. F.Birol hesab edir ki, aviasiya yanacağı ilə bağlı problemlərdən başqa, İran ətrafındakı hadisələr benzin və elektrik enerjisinin qiymətlərinin daha da yüksəlməsinə səbəb olacaq.

Son xəbərlər