Xaçmaz polisi sənədsiz silah-sursat aşkarlayıb
Xaçmaz polisi sənədsiz silah-sursat aşkarlayıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 3 ədəd müxtəlif markalı tüfəng təhvil götürülüb.
Bundan başqa polis əməkdaşları xidmətdə olduqları zaman rayon ərazisində 1 ədəd “AK-74” markalı avtomat, eləcə də 6 ədəd patron darağı və 194 ədəd güllə aşkar ediblər.
Faktlar üzrə Xaçmaz RPŞ-də müvafiq araşdırmalar aparılır.
Oxşar xəbərlər
"Bandotdel"dən əməliyyat: Saxlanılanlar var - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr...