Cəlilabadda piyadanı vuraraq öldürən sürücü saxlanılıb - YENİLƏNİB

Cəlilabadda piyadanı vuraraq öldürən sürücü saxlanılıb - YENİLƏNİB
Hadisə 20

Cəlilabadda piyadanı vuraraq öldürən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, dekabrın 16-sı saat 18 radələrində Cəlilabad sakini Alxas Ağayev idarə etdiyi "VAZ 21214" markalı avtomobillə rayonun Uzuntəpə kəndində hərəkətdə olarkən yolu keçən piyada - 1974-cü il təvəllüdlü Lalə Rüstəmovanı vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

***20:10

Cəlilabad rayonunun Uzuntəpə kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS Report-a istinadən xəbər verir ki, "Niva" markalı minik avtomobili yolu keçən piyada Lalə Rüstəmovanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər