Bakıda avtomobil iki qadını vurub: Ölən var
12
dek
2023
09:39
Bakıda avtomobil iki qadını vurub, biri ölüb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.
Belə ki, Rauf Rüstəmov idarə etdiyi "Xəzər" markalı avtomobillə yolu keçməyə çalışan piyadalar - 1948-ci il təvəllüdlü Hüseynova Sara Abdulla qızını və Fərzəliyeva Sevil Abbas qızını vurub.
Nəticədə S.Fərzəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, Sara Hüseynova isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
Oxşar xəbərlər
Əli bıçaqlı arvadı ilə yataq otağına girdi: "Yalvarışıma baxmadı..." - Bakıda CİNAYƏT
Bakının Sabunçu rayonunda 1977-ci il təvəllüdlü Abbas qısqanclıq zəminində arvadı Fərqanəni öldürməyə cəhd edib. BAKU.WS “teleqraf.com”a istinadən xəbər verir k...