Şəmkir-Gədəbəy yolunda avtomobil piyadanı vuraraq öldürüb

11
dek
2023
09:18
Şəmkir-Gədəbəy avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, 1980-ci il təvəllüdlü, Gədəbəy rayonu, Söyüdlü kənd sakini Rasim Abdullayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan 1975-ci il təvəllüdlü Aytən Məmmədovanı vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Gədəbəy ŞRPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Aytənin anası danışdı: “Hamilə olarkən toqqa ilə döyürdü” - VİDEO
2 gündür mətbuatın və sosial şəbəkələrin gündəmini növbəti ailə faciəsi zəbt edib. 23 yaşlı Aytən Niftəliyeva və 1 yaşlı qızı Tahirənin ölümü hər kəsi sarsıdıb....
