Bakıda zəncirvari qəza: Xəsarət alan var - FOTO

11
dek
2023
08:47
Bakının Nəsimi rayonunda üç avtomobil toqquşub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Rəşid Behbudov prospekti ilə Şəmsi Bədəlbəyli küçəsinin kəsişməsində qeydə alınıb.
Əsas yola gözləmədən daxil olan “Chevrolet” markalı minik avtomobili hərəkətdə olan digər “Toyota” və “Honda” markalı maşınlara çırpılıb. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.
Əraziyə təcili yardım briqadası çağırılıb. Yaralıya yerində yardım göstərilib.
Avtomobillər yoldan götürülərək aidiyyati üzrə təhvil verilib.
Qəzanın səbəbləri araşdırılır.
Qalereya
Oxşar xəbərlər
Rəşid Behbudovun anım günüdür
SSRİ Xalq Artisti, SSRİ və Azərbaycan SSR dövlət mükafatları laureatı Rəşid Behbudovun anım günüdür. Görkəmli Azərbaycan müğənnisi 1915-ci ilin 14 dekabrında Ti...
