SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabirabadda "Niva" və "Mersedes" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə Qaratoğay kəndində qeydə alınıb.

Qəza zamanı kənd sakinləri: - 1959-cu il təvəllüdlü Kərimova İradə Hacımayıl qızı, 1998-ci il təvəllüdlü Bağırzadə Zinyət Qurban qızı və Bağırova Fərziyyə Hacımayıl qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS