Kafedə qanlı dava: Bıçağı qarnına sancdı

Kafedə qanlı dava: Bıçağı qarnına sancdı
Hadisə 0

Bakıda kafelərin birində bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən kafedə qeydə alınıb.

Hadisə zamanı İlyas Zəkulla oğlu Məmmədov qarın boşluğundan bıçaq xəsarət alıb.

İlyas Məmmədov Bakı şəhəri Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər