Bakıda məşhur məktəbdə 10 şagird və müəllimin qızılcaya yoluxması iddiasına RƏSMİ CAVAB - YENİLƏNİB

Bakıda məşhur məktəbdə 10 şagird və müəllimin qızılcaya yoluxması iddiasına RƏSMİ CAVAB - YENİLƏNİB
Hadisə 1

Bir sinifdə 10 şagirdin qızılcaya yoluxması haqqında məlumat həqiqətə uyğun deyil.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq 20 nömrəli məktəb-liseydən bildirilib.

Qeyd edilib ki, ümumiyyətlə məktəb üzrə indiyədək 9 şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtda ayrı-ayrı siniflər üzrə) qeydə alınıb.

***14:17

Paytaxtda, A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyində bir sinifdə 10 şagird və 1 müəllim qızılcaya yoluxub.

BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə sözügedən məktəbin rus bölməsi üzrə 1-ci sinfində qeydə alınıb.

Sinifdə tədrisin distant təhsilə keçib-keçməyəcəyi ilə bağlı adiyyəti qurumların qərarı gözlənilir.

Son xəbərlər