Bakıda məşhur məktəbdə 10 şagird və müəllimin qızılcaya yoluxması iddiasına RƏSMİ CAVAB - YENİLƏNİB
Bir sinifdə 10 şagirdin qızılcaya yoluxması haqqında məlumat həqiqətə uyğun deyil.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq 20 nömrəli məktəb-liseydən bildirilib.
Qeyd edilib ki, ümumiyyətlə məktəb üzrə indiyədək 9 şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtda ayrı-ayrı siniflər üzrə) qeydə alınıb.
***14:17
Paytaxtda, A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyində bir sinifdə 10 şagird və 1 müəllim qızılcaya yoluxub.
BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə sözügedən məktəbin rus bölməsi üzrə 1-ci sinfində qeydə alınıb.
Sinifdə tədrisin distant təhsilə keçib-keçməyəcəyi ilə bağlı adiyyəti qurumların qərarı gözlənilir.
Oxşar xəbərlər
Müəllimin narkotik satdığını iddia etdiyi şagirdlə bağlı məktəbdən AÇIQLAMA - YENİLƏNİB
Yasamal rayonu 158 nömrəli orta məktəbdə müəllimlə valideyn arasında yaranan insidentlə bağlı təhsil ocağı açıqlama verib. Məktəbdən BAKU.WS-ə verilən məlumatda...