Kürdəmirdə ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub - FOTO - YENİLƏNİB

Kürdəmirdə ağır yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunlar Bakı şəhər sakinləri iki bacı 51 yaşlı Quliyeva Yaqut Məmməd qızı, 54 yaşlı Quliyeva Yeganə Məmməd qızı və Şəmkir rayon sakini, 22 yaşlı Məhərrəmli Əmrah Sahib oğludur.
Hazırda faktla bağlı araşdırma aparılır.
**** 20:50
Kürdəmirdə ağır yol qəzası baş verib, xəsarət alanlar var.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki "Mercedes"in toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Kürdəmirdə baş verən qəzada yaralananlardan biri ölüb - FOTO - YENİLƏNİB
Kürdəmirdə baş verən ağır qəzada xəsarət alanlardan biri dünyasını dəyişib. BAKU.WS report-a istinadən xəbər verir ki, baş verən qəza zamanı minik avtomobilində...
