VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhəri, Atatürk prospektində yerləşən obyektlərin birində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, yanğın ümumi sahəsi 74 kvadratmetr olan obyektin təsərrüfat otağında baş verib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin dörd yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə nəticəsində obyektin təsərrüfat otağında elektrik sayğacı, kabellər və qapılar yanıb.

Qeyd edək ki, sahibkara məxsus obyektdə ofis, paltar və telefon aksessuarı mağazaları fəaliyyət göstərir.

Yanğın söndürülüb, hadisənin səbəbləri araşdırılır.

BAKU.WS