VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvanda kirayə qalan tələbə qızlar dəm qazından zəhərlənib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün qeydə alınıb. Naxçıvanda təhsil alan və kirayədə qalan - 2004-cü il təvəllüdlü, Şərur rayon sakinləri - Seyidova Nərmin Kamil qızı (Naxçıvan Dövlət Universiteti), 2006-cı il təvəllüdlü Baxşıyeva Salatın Hikmət qızı (Naxçıvan Texniki Kolleci), 2006-cı il təvəllüdlü İmanova Zəhra Rüzgar qızı (Naxçıvan Texniki Kolleci) və 2006-cı il təvəllüdlü Həsənova Sədaqət Məmməd qızı dəm qazından zəhərləniblər.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS