İsmayıllıda yanğının meşəyə keçməsinin qarşısı alındı
26
noy
2023
21:45
İsmayıllı rayonunun meşə ilə həmsərhəd qeyri-meşə fondu torpağında yanğın hadisəsi baş verib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri hadisə ilə əlaqədar əraziyə cəlb olunub.
"Yanğınsöndürmə tədbirləri nəticəsində yanğın söndürülüb və meşəyə keçməsinin qarşısı alınıb”.
Oxşar xəbərlər
Xızıdakı yanğının təfərrüatları açıqlanıb - YENİLƏNİB-4
Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın nəticəsində təxminən 60 hektar sahədə quru ot və kol-kos yanıb. Bu barədə BA...