Daşkəsəndə nənə və nəvə dəm qazından zəhərlənib
26
noy
2023
19:35
Daşkəsəndə zəhərlənmə faktı qeydə alınıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Daşkəsən qəsəbəsində baş verib.
1942-ci il təvəllüdlü Gila Sətdarova və onun nəvəsi 2006-cı il təvəllüdlü Nərmin Sətdarova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, nənə və nəvə yaşadıqları evin vanna otağında dəm qazından zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə iki tələbə dəm qazından zəhərlənib
Gəncədə zəhərlənmə faktı qeydə alınıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin İsaq Cəfərov küçəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Emin K...