Şabranda avtomobil piyadanı vuraraq öldürüb
22
noy
2023
22:44
Şabranın Günəşli kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal bürosunun məlumatına görə, Bakı-Quba avtomobil yolunun kənddən keçən hissəsində rayon sakini Zeynalov Elnur Rafəddin oğlu yolu keçərkən avtomobili onu vurub.
Yaralı aldığı müxtəlif dərəcəli xəsarətlərdən ölüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda sevgi faciəsi: Bütün kənd onu öldürməyə yığışmışdı - əmisi gəlinini... - FOTO
2018-ci il oktyabrın 22-də Daxili İşlər Nazirliyinin "102" xidmətinə Qubanın Tülər kəndi ərazisində üzərində xəsarətləri olan kişi meyitinin tapılması barədə mə...