“Abzas Media"nın direktoru barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

“Abzas Medianın direktoru barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib
Hadisə 0

Noyabrın 20-də saxlanılan "Abzas Media" saytının direktoru Ülvi Həsənli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

"Report" xəbər verir ki, Xətai rayon məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə müstəntiqin verdiyi vəsatət təmin edilib.

Ülvi Həsənli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər