SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda avtomobilin vuraraq öldürdüyü İstanbul Mərmərə Universitetinin müəllimi, professor Arif Acaloğlu dəfn olunub.

BAKU.WS report-a istinadən xəbər verir ki, mərhumla qardaşı Akif Acaloğlunun Sabunçu rayonunda yerləşən evində vida mərasimi keçirilib, sonra Maştağa qəsəbəsində, Kəpənəkçi məzarlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Arif Acaloğlu 1956-cı ildə Borçalıda anadan olub. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1982-ci ildə Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb.

O, 1983-1986-cı illərdə Tartu Universitetində (Estoniya) Semiologiya üzrə doktorantura təhsili alıb. 1987-1990-cı illərdə folklor kafedrasında ekspert, 1990-cı ildə Bakı Dövlət Universitetində müəllim olub.

A.Acaloğlu 1992-1993-cü illərdə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarında vəzifəsindən uzaqlaşaraq Türkiyəyə köçüb.

Uzun müddət Bilgi Universitetinin Rus Dili Proqramında, 2008-2019-cu illərdə isə Yeditəpə Universitetinin Antropologiya bölməsində müəllim vəzifəsində çalışıb.

O, akademik və siyasi araşdırmalarla yanaşı, bir çox televiziya proqramları, müsahibələr və populyar məqalələr hazırlayıb, 30-dan çox tərcümə kitabı nəşr edilib.

BAKU.WS
QALEREYA