SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verdiyimiz kimi, aparıcı Zamirə Dadaşova "Space TV"nin rəhbəri Vado Korovi məhkəməyə vermişdi.

BAKU.WS axşam.az-a istinadən bildirir ki, məlumatına görə, aparıcı məhkəmənin növbəti iclasının bu gün baş tutduğunu açıqlayıb. O bildirib ki, məhkəmədə qalib gəlib:

"Dostlar, bu dəfə də qalibəm. Bu gün Yasamal rayon məhkəməsində Vado Karovinə ("Space TV"nin rəhbəri - red.) qarşı iddia tələbim təmin edildi.

Məhkəmənin qərarı ilə Space MMC də işə bərpa olunmalı, işə bərpa olunan günə qədər bütün əməkhaqqım ödənilməli və vəkilə ödədiyim rüsumu da cavabdeh ödəməlidir. Sənədlərdə o qədər yanlışlıqlara yol veriblər ki, gördükcə şoka düşürəm".

Qeyd edək ki, Zamirə heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldığını, daha sonra isə əmək kitabçasının ona verilmədiyini bildirmişdi.

BAKU.WS