Azərbaycanlı alimi avtomobili ilə vuraraq öldürən şəxs tanınmış həkim imiş - YENİLƏNİB - FOTO

Azərbaycanlı alimi avtomobili ilə vuraraq öldürən şəxs tanınmış həkim imiş - YENİLƏNİB - FOTO
Hadisə 1

Tanınmış alim Arif Acaloğlunun öldüyü avtomobil qəzası ilə bağlı bəzi detallar məlum olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb.

Sürücü “Mercedes” markalı avtomobil ilə H.Əliyev prospekti Mərdəkan istiqamətində hərəkətdə olarkən stadionla üzbəüz yolu keçən Arif Mikayıl oğlu Acaloğlunu vurub. Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Qeyd edək ki, avtomobili idarə edən şəxs Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov olub.

Fotoda Azər Maqsudov

Azərbaycanlı alimi avtomobili ilə vuraraq öldürən şəxs tanınmış həkim imiş - YENİLƏNİB - FOTO

***12:00

Bakıda tanınmış alim yol qəzasında dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Qeyd olunub ki, İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim Arif Acaloğlu bu gün Bakıda yol qəzasında həlak olub.

Məlumata görə, o, Azərbaycana AMEA-nın dəvəti ilə konfransda iştirak etmək üçün gəlib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər