SİZİN REKLAM BURADA!
055 213 76 73


Avtobusun qapını açıq idarə etməsi yol hərəkəti qaydalarının pozulmasıdır.

Bu barədə RİNN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Tural Orucov BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu əməl inzibati xəta tərkibi yaradan haldır.

“Məsələ ilə bağlı AYNA tərəfindən 214 saylı marşrutun daşıyıcısına sürücü barədə tədbir görülməsi və bu kimi halların təkrarlanmaması barədə xəbərdarlıq edilib.

Həmçinin sərnişindaşıma keyfiyyətinin yaxşılaşdırılması və sərnişindaşıma imkanlarının artırılması üçün xəttə əlavə avtobusların cəlb edilməsi barədə də tapşırıq verilib”, - deyə qurum rəsmisi vurğulayıb.

***08:46

Paytaxtda sərnişindaşıma ilə məşğul olan avtobuslardan birində təhlükəli görüntü qeydə alınıb.

Bu barədə video BAKU.WS-in "qaynar xətti"nə göndərilib. 

Sabunçu rayonu, Ramana qəsəbəsi və 8-ci kilometr bazarı istiqamətində hərəkət edən 214 nömrəli müntəzəm marşrut avtobusunun sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb. O, avtobusu qapısı açıq vəziyyətdə idarə edir. Sərnişinlər avtobusun qapısından sallanaraq gedirlər. 

Sözügedən görüntüləri təqdim edirik:

Natavan Sahib
BAKU.WS
VİDEO