SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərində və Tovuz rayonunda itkin düşən məktəblilər tapılıb.

BAKU.WS Reporta-a istinadən xəbər verir ki, Gəncə şəhərində və Tovuz rayonunda itkin düşən hər iki məktəblinin yeri polis əməkdaşları tərəfindən müəyyən edilərək tapılıb.

Hər iki qız ailəsinə təhvil verilib.

***11:16

Gəncə və Tovuzda 14 yaşlı qızlar itkin düşüb.

BAKU.WS Report-a istinadən xəbər verir ki, Gəncə şəhəri Ş.İ.Xətai prospekti ev 115a mənzil 43-də yaşayan 2009-cu il təvəllüdlü Türkan Qurbanova yaşadığı evdən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.

Faktla bağlı Gəncə Şəhər Polis idarəsində araşdırma aparılır.

Digər hadisə isə Tovuzda baş verib. 2009-cu il təvəllüdlü, orta məktəb şagirdi Gülay Bayramova yaşadığı Tovuz rayonu Aşağı Quşçu kəndindəki evlərindən çıxıb naməlum istiqamətə gedərək itkin düşüb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

BAKU.WS