SİZİN REKLAM BURADA!
055 213 76 73


Avstraliyada dəhşətli hadisə baş verib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyanın şimalındakı Palumpada çimməyə gedən 12 yaşlı qız timsah tərəfindən parçalanıb.

Uşağın bədən hissələri 36 saat davam edən gərgin axtarışlardan sonra tapılıb. Səlahiyyətlilər hadisəni "xüsusilə dəhşətli" adlandırıb.

Ailənin həddindən artıq şok vəziyyətində olduğunu bildirib. Şimal Ərazisinin Polis Naziri Brent Potter yerli əhaliyə diqqətli olmaları barədə xəbərdarlıq edib. Polislərə isə həmin timsahın öldürülməsi barədə xüsusi göstəriş verilib.

Əraziyə helikopterlər və motorlu qayıqlar cəlb edilib.

Cavid Babayev
BAKU.WS
QALEREYA