SİZİN REKLAM BURADA!
055 213 76 73


Reallığa uyğun olmayan gəlincik bədən ölçüləri, yeniyetmə qızlarda normal bədən forması qavrayışının pozulmasına səbəb ola bilər.

BAKU.WS xarici KİV-ə istnadən xəbər verir ki, mütəxəssislər son günlərdə yenidən sosial media trendinə çevrilən "Barbie" gəlinciklərinin psixoloji xəstəliklərə səbəb olduğunu bildirir:

"“Barbie”yə bənzəməyə çalışan modellər, “Photoshop” reklamları və sosial media yazıları yeniyetmə qızlarda bədən qavrayışının pisləşməsinə səbəb olur. Bu da öz növbəsində bir çox ruhi xəstəliyə, o cümlədən ölümcül anoreksiyanın inkişafına səbəb olur".

Medipol Mega Universitet xəstəxanasının Ruhi Sağlamlıq və xəstəliklər üzrə dosenti, son günlərdə “Barbie”nin normal bədən qavrayışına təsiri ilə bağlı açıqlamalar verib:

“İncə görünüşü təşviq edən ailə münasibətləri və davranışları, artıq çəkinin tənqid edilməsi yeniyetmə qızların bədən qavrayışının pisləşməsinə səbəb olur. Bədən ölçüləri həqiqətə və sağlamlığa uyğun gəlmir. Nəticədə yeniyetmə qızlar öz bədənlərinə görə özlərini daha bədbəxt hiss edirlər. Bu, yemək pozğunluqlarının inkişafına zəmin yaradır. Bu vəziyyət həddindən artıq kilo alma qorxusuna səbəb ola bilər. Yeməkdə özünü həddindən artıq məhdudlaşdıra bilər, sağlamlığını pisləşdirəcək səhv pəhrizlərə riayət edə bilər, yeməkdən həddindən artıq qorxa bilər, kilo almamaq üçün yediklərini qaytarmaq, həddindən artıq idman etmək, dərman qəbul etmək kimi uyğun olmayan davranışlar göstərə bilər".

Anoreksiya xəstələrində bədən çəkisi nəzərəçarpacaq dərəcədə azdır. Mütəxəssislər bildirir ki, bədən qurluşunu "Barbie" gəlinciklərinə bənzəmək istəyən yeniyetmələr anoreksiyanın hər iki növü il qarşılaşa bilər.

Sağlam yolla arıqlamayan və həddən artıq çəki itirən şəxslər şəxslərdə bu depressiya və intihar kimi hallara gətirib çıxarır. 

BAKU.WS