SİZİN REKLAM BURADA!
055 213 76 73


"Barbie" filmi qısa müddətdə sevilərək 2023-cü ilin ən çox gəlir gətirən ekran işi olub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, film ABŞ-də ilk dəfə iyulun 21-də nümayiş olunub və 4 gün ərzində istehsalçılarına 356 milyon 300 min dollar qazandırıb. 

Rejissoru Greta Gerwig olan ekran işinin əsas rollarında Margot Robbie və Ryan Gosling kimi aktyorlar çəkiliblər. 

"Barbie" filminin büdcəsi isə 128-145 milyon dollar aralığındadır.

Fantastika və komediya janrlı ekran əsəri 114 dəqiqədir. 

BAKU.WS
VİDEO