Bakıda lombard yanıb - FOTO
07
iyl
2024
10:19
Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Nizami metrostansiyasının yaxınlığında qeydə alınıb.
Cəfər Cabbarlı 10B ünvanında yerləşədən sahəsi 15 kvadratmetr olan lombardda yanğın baş verib.
Dərhal əraziyə FHN-nin 3 yanğınsöndürmə texnikası və canlı briqadası cəlb edilib.
Yanğınsöndürənlər obyektdə olan yanar konstruksiyaları alovdan qoruyuraq çölə çıxarıb.
Alovun digər obyektlərə keçməsinin qarşısı alınıb.
İlkin ehtimala görə, hadisəyə səbəb kondisionerin elektrik naqilinin əriməsi olub. Hazırda araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Həbsdə olan generalın üzərinə həbs qoyulan əmlakları hərraca çıxarılıb, ailəsi şikayətçidir
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi Mövlam Şixəliyevin ailə üzvləri məhkəməyə müraciət edib. BAKU.WS APA-ya istinadən x...