"Hizbullah"ın lideri olacaqdı: Haşim Səfiuddin də öldürüldü
İsrail aviasiyasının Livanın paytaxtı Beyruta endirdiyi zərbə nəticəsində Həsən Nəsrullahın ölümündən sonra "Hizbullah"ın baş katibi olmağa əsas namizəd kimi göstərilən Haşim Səfiuddin həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
Qeyd olunur ki, aviazərbə nəticəsində Haşim Səfiuddinlə birlikdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir neçə zabiti də həlak olub.
Xatırladaq ki, daha əvvəl HƏMAS lideri İsmayıl Haniyə, "Hizbullah" lideri Həsən Nəsrullah və SEPAH-ın komandiri Abbas Nilfuruşan da İsrail tərəfindən qətlə yetiriliblər.
Oxşar xəbərlər
NASA Ayda 222 metrlik yeni krater aşkarladı – Son dövrlərin ən böyük toqquşması
NASA Ayın səthində göy cisminin toqquşması nəticəsində yaranmış 222 metr diametrində yeni krater aşkarlayıb. Alimlər bu quruluşun yaxın tarixdə Günəş sistemində...