Kadırovun oğlunun adı "Rekordlar kitabı"na düşdü

Kadırovun oğlunun adı Rekordlar kitabına düşdü
Dünya 1146

Çeçenistan rəhbəri Ramzan Kadırovun 16 yaşlı oğlu Adam Kadırovun adı Rusiyanın "Rekordlar kitabı"na daxil edilib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı sözügedən kitabın baş redaktoru Stanislav Konenko açıqlayıb.

Məlumata görə, Adam Kadırov Rusiya Federasiyası subyekti rəhbərinin təhlükəsizlik xidmətinin ən gənc sədri olaraq həmin kitaba əlavə edilib.

Konenko, həmçinin Rusiyanın "Rekordlar kitabı"nı populyarlaşdırdığına görə Adam Kadırova medal da təqdim edib.

Xatırladaq ki, Adam Kadırov 2023-cü il noyabrın 5-də Çeçenistan rəhbərinin təhlükəsizlik xidmətinin sədri vəzifəsinə təyin edilib. Bu zaman onun 15 yaşı vardı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İranda silahlı qarşıdurma başlayıb

İranda silahlı qarşıdurma başlayıb

İranın İranşəhr bölgəsində atışma səsləri eşidilir. BAKU.WS bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Bildirilir ki, "Ceyş əl-Ədl" silahl...

143 Dünya 23:59 29 sentyabr 2026

Son xəbərlər