İsmayıllıda 3 ailənin yaşadığı ev yanaraq külə dönüb, xəsarət alanlar var - FOTO
İsmayıllıda 3 ailənin yaşadığı 5 otaqlı mənzil yanaraq külə dönüb.
Hadisə Qalınçaq kəndində Bayramov Bəhmən Rəcəb oğluna məxsus 5 otaqlı fərdi yaşayış evində qeydə alınıb.
Yanğın zamanı ev sahibi, 1959-cu il təvəllüdlü Bayramov Bəhmən Rəcəb oğlu və 1969-cu il təvəllüdlü Bayramova Nəzakət Yaqub qızı zəhərlənmə diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Bundan başqa, yanğın nəticəsində xırdabuynuzlu ev heyvanları və toyuq-cücə tələf olub.
Hadisə yerinə FHN-nin İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.//Report
Qalereya
Oxşar xəbərlər
Avtobusda məktəbliyə qarşı əxlaqsızlıq - “Yaxası pis bağlanmışdı...”
Abşeron rayonunda İran vətəndaşı, 1968-ci il təvəllüdlü Bahman Gholmreza Yousef (Bəhmən Gülmirzə Yusif) yetkinlik yaşına çatmayan Bahara qarşı (ad şərti verilib...