SİZİN REKLAM BURADA!
055 213 76 73

Biz Bağırovlar ailəsinin yaşadığı ünvana çatanda heç kəsin ayaq üstə dayanmağa taqəti qalmamışdı. Kimi həyətin hasarına söykənmişdi, kimi də taybatay açılmış darvazanın həndəvərində iki-iki, üç-üç diz çöküb oturmuşdu.

Ara-sıra boğuq və titrək səslər gəlirdi:

- Əliyə diqqət edin...

- Hanı Əli, gözə dəymir...

- Afət, başına dönüm, gözünü ondan ayırma, amanın günüdür.

- Burdadı, divara söykənib oturub, yanındayıq.

10-11 yaşlarındakı dolu bədənli uşaq isə susurdu. Nə ağlayırdı, nə danışırdı. Deyəsən, heç ətrafdakı səsləri də eşitmirdi.

Əslində, biz hadisədə həlak olan ailələrin evlərinin ünvanını öyrənmək üçün maşınımızı saxlamışdıq. Elə bilmişdik ki, kəndin girəcəyidir. Adamların çoxluğu isə... Sən demə, Şəhriyar kəndində 6 qadının ölümü ilə nəticələnmiş faciənin episentrinə gəlib çıxmışıq. Bir ailədən üç xanımın – ana və əkiz qızlarının tabutlarının çıxdığı darvaza məhz bu imiş...

İçəridə bir nəfər ağlayır. Bu cür naləyə qandonduran deməklə onun təsir gücünü azaltmaq istəmirəm. Anasının və iki bacısının alın yazısını geri qaytarmaq istəyən, yaradanına üsyan edən on beş yaşlı qızın hayqırtılarıdır...

On bir yaşlı Əli isə traktor faciəsində üç nəfər itirmiş ailənin son beşiyidir. Altıncı sinifdə oxuyur. Hər kəs ondan muğayat olmağa çalışır. Ən azından, atası gələnə kimi...

Hadisə nə zaman baş verib?

Darvazanın ağzında kənd cavanları ilə söhbətləşirik. Deyirlər ki, xanımlar səhər saat səkkiz radələrində evdən çıxıblar. Daha doğrusu, traktoru idarə edən 24 yaşlı Xalid İmanov onları evdən götürüb. Əkin sahəsi isə Bakı-Sabirabad yolunun qarşı tərəfindədir. Evdən həmin yerə 2-3 kilometr məsafə var. Həmin yer də Şəhriyar kəndinin ərazisidir.

Faciədə həlak olan Elnarə xanımın qardaşı Amilin dediklərinə görə, faciəyə səbəb qoşqu vasitəsini traktora birləşdirən avadanlığın qopması olub:

“Bizə elə dedilər. Həmin yer kələ-kötürdü. Lafetin birləşdiricisi halqadan çıxıb, görünür, sürətlə gedirlərmiş. Xalid də lafetin “şit”inin qopduğunu görən kimi əyləci basıb ki, traktor dayansın. Onun hesablamasına görə, lafet traktora çırpılıb, dayanacaqdı. Amma qoşqunun sol tərəfdəki təkərləri yoxuşda olub. Lafet aşıb, kollektora düşüblər. Hamısı boğulub. Qadın olublar, yenə kişi xeylağı olsaydı, üzüb bir tərəfə çıxa bilərdi. Üstəlik, lafet də üstlərinə doğru gəlib”.

Amildən sürücünün kollektora düşən xanımlara kömək edib-etmədiyini soruşuruq:

- Şokda olub. Atasına zəng edib. Atası Əjdər də evdə imiş. Piyada olub. Ora çatana kimi artıq keçiniblərmiş.

- Bəs sahədə onlara kömək edən kimsə tapılmayıbmı?

- Səhər tezdən olub. Bunlar tezdən gediblər ki, günortaya – isti düşənə qədər qayıtsınlar. Həmin vaxt sahədə kim olacaq ki?! Hər kəs saat 9-da, 10-da gedir alağa.

- Bəs siz nə zaman eşitdiniz?

- Saat 10-a işləmiş xəbər verdilər. Artıq polis gəlmişdi hadisə yerinə. Meyitləri ekspertizaya apardılar. Saat 11-də evə gətirdik. Sonra da dəfn elədik.

Ölənlərin hamısı bir nəsildəndir...

Faciədə həlak olan Elnarə Bağırovanın qardaşı Amillə söhbətləşirik. Asta səslə danışır, deyir ki, Elnarə xanımla bərabər əkiz qızları Fatimə və Zəhra da dünyasını dəyişib. Əkizlər bu il orta məktəbi bitiriblərmiş. Fatimə abituriyent olaraq, mayın sonlarında ali məktəbə imtahan verəcəkmiş. Zəhra isə nişanlı olub. İki ay sonra Bağırovlar ailəsi ona toy edəcəkmiş. Artıq yavaş-yavaş toya hazırlıq da görülürmüş.

Amildən öyrənirik ki, faciədə həlak olan şəxslər bir nəslin nümayəndələridir. Qandonduran faciədən Bağırovlar ailəsinə üç, İmanovlar ailəsinə iki, digər evə isə bir qurban “pay” düşüb.

İmanovlar ailəsinin üzvü Məlahət xanım isə faciəyə səbəb olmuş 24 yaşlı traktor sürücüsü Xalid İmanovun anasıdır. Günay Məlahət xanımın bacısı qızıdır. Xəyalə Qasımova isə Məlahət İmanovanın baldızıdır.

Üç ay öncə bu qapıdan daha bir tabut çıxıb...

Fatimənin və Zəhranın dayısı olan Amil deyir ki, Bağırovlar ailəsi üç ay öncə daha bir nəfər itirib:

- Evin ağsaqqalını üç ay öncə dəfn etmişdik. Yasından təzəcə çıxmışdıq.

- Zəhranın atası idi?

- Yox, babası, Nuhbala kişi rəhmətə getmişdi. Ölən 6 nəfərin hamısı onun gəlinləri, nəvələridir. Elə onun yanında dəfn etdik.

İki qızının və xanımının ölümündən xəbərsiz ata...

Faciədə həlak olan Zəhra və Fatimənin dayısı Afət bəylə söhbətləşirik. Deyir ki, yeznəsinin, yəni əkizlərin atasının hadisədən xəbəri yoxdur. Özü isə Azərbaycanda deyil:

“Moskvadadır. Çörəkpulu qazanmaq üçün getmişdi. Heç iki ay deyil. Demişik ki, anan rəhmətə gedib. Yaşlı adamdı anası. Ta deyə bilmədik ki, vəziyyət bu cürdür. Hələ anasının ölümünü Teymura qorxa-qorxa dedik. Çünki üç ay əvvəl atasını dəfn edib Rusiyaya getmişdi. Valideynlərinə çox bağlı adamdı...”.

Afət bəy kipriklərində göz yaşını qurudub, həzin notlarla davam edir:

- Dəfnə çata bilmədi. Meyitlər ekspertizadan gələndən sonra basdırdıq. Teymur axşama ancaq çatar, bəlkə də Bakıdadır, gəlir.

- Bəlkə də eşidib artıq... Bütün ölkə bu faciədən danışır...

- Bəlkə də... Bu dərdi götürə biləcəkmi, bilmirəm. İki qız, həyat yoldaşı... Gəlib qızına toy edəcəkdi.

“Anamgil getmək istəmirdi, bibim apardı...”

Əli ilə tanış oluruq. Dayısı Afət Kərimovun yanında lal-dinməz dayanıb. Nə baş verdiyini anlamağa çalışır. Hər kəsin onunla maraqlanması, onun yanında olması hələlik 11 yaşlı bu uşağı düşünməkdən yayındırır. Bu gün o, anasını və iki bacısını itirib. Dediyinə görə, faciə ilə bağlı ilk xəbəri evdə alıb:

- Onlar gedəndə mən evdəydim, yatmışdım. Məni oyatmamışdılar.

- Xəbəri nə vaxt eşitdin?

- 10-un yarısı olardı, dayım dedi.

- Pambığın alağını çəkməyə hər gün səhər tezdən gedirdilər?

- Yox, ilk dəfə idi. Getmək istəmirdilər, bibim zorla apardı. Dedi ki, gəlin kömək edin.

- Öz əkin yeriniz deyildi?

- Yooox, bibimgilin... Şahmurun yerinin yanında əkin yeri götürmüşdülər. Bələdiyyə torpağı idi. Alaq tək adam işi deyil, köməkləşib təmizləyəcəkdilər.

“Getmək istəmirdilər, dedilər, Xalid naşıdır...”

Əli deyir ki, axşam evdə bibisigilə köməyə getməklə bağlı söhbət düşüb. Anası və bacıları traktorla alağa getməyə razı olmayıblar. Çünki 24 yaşlı bibisi oğlu Xalidin traktor sürücüsü kimi naşı olduğunu düşünüblər.

Əli Bağırovdan axşam evdə baş tutan söhbətin təfərrüatlarını öyrənməyə çalışıram:

- Əli, bacıların nə üçün Xalidin təcrübəsiz olduğunu düşünürdü?

- Çünki traktoru təzəcə almışdı. Deyəsən, payızda almışdılar. Bundan əvvəl də qəza eləmişdi. Onda bibimgilə heç nə olmamışdı. Heç anamgil də alağa getmək istəmirdilər.

- Bəs necə oldu ki, getdilər?

- Birinci dəfələri idi. Bibim zorla apardı. Dedi ki, gəlin alağa kömək edin. Onlar da ta neyləsin, getdilər. Bibimin xətrinə dəyməsin deyə. Bibim də öldü, bacımgil də...

Zəhranın son arzusu...

Amil bacısı qızı Fatimə haqqında danışır, deyir ki, məktəbi bu il bitiribmiş. Mayın üçüncü həftəsi qəbul imtahanı verəcəkmiş. Ailə məktəbə hazırlaşırmış:

“Zəhra o qədər də yaxşı oxumurdu. Nişanlı idi. Toyuna da az qalmışdı. Fatimə isə universitetə hazırlaşırdı. Yaxşı çalışqan qız idi. Deyirdi ki, mayda universitetə imtahan verəcəyəm, qəbul olsam, qurban kəsərsiniz. O da belə... axırı belə oldu... (danışa bilmir, bir kənara çəkib oturur, siqaret yandırır)”.

Altı nəfərin ölümünə səbəb olmuş Xalid...

Qohumların dediyinə görə, 24 yaşlı Xalid hadisəni törədəndən sonra atası Əjdər kişini yanına çağırıb. Həmin vaxt hadisənin şokunu yaşayan Xalid İmanovun gözləri önündə anası, ailənin digər üzvü Xəyalə də dünyasını dəyişib. Elnarə Bağırovanın qardaşı Afət Kərimov deyir ki, indi Xalid İmanov Şirvan Şəhər Xəstəxanasındadır:

“Xalidin atası Əjdər oğlu tutulmasın deyə traktoru özü sürdüyünü deyib. Mən də dəqiq bilmirəm. Bayaq qapıda eşitdim. İndi Xalid Şirvanda, komadadır. Kimi deyir ki, komadan ayılıb, amma hələ də reanimasiyada qalır. Təkcə bildiyimiz odur ki, dili tutulub. Danışa bilmir. Hələ də şokdan ayılmayıb. Bundan sonra o necə yaşayacaq? Yaşaya bilməyəcək, ölü kimi hərlənəcək. Anasının, daysı qızlarının, gəlinlərinin ölümünə səbəb olub”.

Faciənin odunun düşdüyü digər evlərə də getmək haqqında düşünərkən bildirdilər ki, qohum-əqrəbanın yarısı burada, digərləri isə Xalidin yanındadırlar – yəni, Şirvan Şəhər Xəstəxanasında. Biz də qəbiristanlığa getmək haqqında düşünürük.

Altı can alan kollektor...

Kələ-kötür yollarla hadisənin baş verdiyi əraziyə - altı can alan kollektora doğru irəliləyirik. İki yol gedir. Biri eniş, digəri yoxuş. Əli və dayısı Afət də bizimlədir. Heç biri yolu tanımır. Afət Kərimov qonşu kənddə yaşadığını deyir. Hadisə yerinə Əli də, o da bizim ki, birinci dəfədir ki, gedir. Hadisə yerinə çatırıq, eni altı-yeddi metr, uzunluğu uzandıqca uzanan kollektorda artıq lafet yoxdur, çıxarılıb. Əlinin anasının və bacısının işçi əlcəkləri və traktorun şüşə qırıqlarından başqa heç nə qalmayıb. Əli isə kollektordan gözünü çəkmir. Birdən dillənir:

- Buradan sağ adam çıxar?...

6 qəbir yan-yana...

Faciə qurbanları dəfn olunsa da, yas mağarını gətirən traktor darvazadan hələ indi içəri daxil olur. İçəridə ağlaşma qopur. Əlinin bacısı yenə də içləri göynədən səslə hıçqırmağa başlayır. Sakitləşdirə bilmirlər. Əli isə sakit nəzərlərlə darvazadan içəri girməyə çalışan traktora və onun sürücüsünə baxır. Sanki anasının və bacılarının ölümü ilə barışa bilməyən Əli üçün bu mağar “faciə ilə barış, inan” möhürüdür. Yönünü traktora tərəf çevirir.

Qəbiristanlığa yola düşürük. Əli, dayısı Afət, mən, fotoqrafımız Şahin və sürücü. Dayısı Afət Əlidən qorxub-qorxmamağını soruşur:

- Anangildi, qorxma yaxşımı?

- Nədən qorxacağam, dayı (Əli doluxsunur)

Qəbiristanlığın axırında baş daşı lövhələri vurulub. Üzərinə kömürlə sadəcə adlar yazılıb; Elnarə, Fatimə, Zəhra, Məlahət...

Afət özünü zorla saxlayır. Gözlərini barmaqları ilə sıxır ki, Əlinin yanında ağlamasın. Əli isə anasının adını oxuyan kimi hönkürür. Basdırılandan sonra ilk dəfə anasının qəbri üstə gəlib. Bacılarının, bibisinin adlarını oxuyur. Nəzərini hərflərin sayı qədər qəbirlərin üzərində saxlayıb o birinə keçir.

Bir, iki, üç... altı qəbir... Altı ağrı... Əli sakitdir. Görünür, ona çox şey hələ çatmır. Lap başdakı qəbiri göstərir. “Bu Nuhbala babamdır” - deyir. Dayısı anasını və bacılarını itirmiş bu toppuş uşağı elə bacısının qəbrinin başında evlərinə aparmağa israr edir:

- Gedək, atan gələndə gələrik. Onsuz da mən Teymur gələndə gələcəyəm sizə.

- Yox e dayı, bacım evdə təkdi. Anamgil də evdə yoxdu, bacılarım da. Atam da gələndə məni soruşacaq. Getmirəm...

BAKU.WS