Səudiyyə Ərəbistanı İran və ABŞ arasında qalıb - Müharibənin xərclərini kim ödməlidir?

Səudiyyə Ərəbistanı İran və ABŞ arasında qalıb - Müharibənin xərclərini kim ödməlidir?
Video
Siyasət 29

"Fikrimcə, prezident onlara çağırış edəcək. Bu barədə daha ətraflı məlumat verə bilməyəcəyəm. Əlbəttə ki, bu, prezidentin qərarıdır. Düşünürəm ki, bu barədə dövlət başçısından daha çox şey eşidəcəksiniz".

Ağ Evin mətbuat katibi Kerolayn Livit jurnalistin "1990-1991-ci illər Fars Körfəzi müharibəsi zamanı ərəb ölkələri - Küveyt, Səudiyyə Ərəbistanı, BƏƏ müharibənin xərclərinin böyük hissəsini ödədi. Bəs hazırkı müharibənin xərclərini kim ödəyir? Həmin ərəb ölkələri bunun üçün addım atacaqlarmı?" sualına cavabında bunları söyləyib.

Bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Cavabdan da aydın olur ki, Prezident Donald Tramp müharibənin xərcini varlı, zəngin ərəblərdən almaq istəyir.

Daha bir açıqlama məsələlər arasında əlaqə yaratmağımıza imkan verir. Bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp Mayamidə Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi bir investisiya forumunda səudiyyəli vəliəhd Məhəmməd bin Salmanı gözlənilməz və sərt bir şəkildə tənqid edib.

D.Trampın Səudiyyə Ərəbistanı vəliəhdi haqqında danışarkən etik olmayan ifadələr işlətməsi, bir neçə gün sonra isə prezidentin mətbuat katibinin ərəb ölkələrinin İranda müharibə aparmaq üçün ABŞ-yə maliyyə dəstəyi vermələrindən danışması o deməkdir ki, söhbət elə puldan gedir.

İndi sual yaranır ki, D.Tramp ərəb ölkələrindən İranda hərbi əməliyyatlar üçün pul istəyirsə, bu, doğru addımdır?

Son xəbərlər