Ermənistan tərəfinin daha bir fitnəkarlığı faş olub. 


BAKU.WS-in məlumatına görə, erməni KİV-lər bu dəfə özləri özlərini ifşa ediblər. Erməni KİV-lərindən bəziləri ötən gün guya Azərbaycan Ordusunun açdığı atəş nəticəsində dinc sakinlər 83 yaşlı Paytsar Aqadjanyan və 94 yaşlı Bardavan Şuşan Asatryanın ölməsi xəbərinə yaymışdı. Ancaq bəzi erməni saytları  həmin şəxslərin atəş nəticəsində deyil öz əcəlləri ilə öldüklərini etiraf ediblər . Bundan başqa mülki şəxs, 1974-cü il təvəllüdlü Sona Revaznyanın da təmas xəttində açılan atəş nəticəsində öldüyü deyilsə də əslində bu şəxsin də real deyil, uydurulmuş insan olduğu məlum olub.  Erməni KİV bu insan itkilərinin Ermənistanın hakimiyyətdəki kriminal rejimi tərəfindən uydurulduğu, bununla da erməni xalqının cəbhədəki uğursuzluqdan diqqəti yayındırmaq cəhdi olduğunu yazır.

 

Əksinə olaraq isə ermənilər cəbhədəki uğursuzluqlarını Azərbaycanın mülki əhalisini atəşə tutmaqda davam edərək çıxmaq istəyirlər. Bu yaxınlarda ermənilərin Tərtərdə toy çadırını atəşə tutmaları buna əyani sübutdur. Ötən gün isə ermənilərin Azərbaycan kəndlərini minaatanlardan atəşə tutması nəticəsində Ağdamın Qaradağlı kənd sakini 1975-cı il təvəllüdlü Bağırov Bəhram Qaraxan oğlu mərminin partlaması nəticəsində ağır qəlpə yarası alıb.


Xəstəxanaya çatdırılan yaralı orada həyatını itirib.


Azad Əliyev 

BAKU.WS