Mingəçevirdə yad cisim udan azyaşlının həyatı xilas olunub
Mingəçevirdə yad cisim udan azyaşlının həyatı xilas edilib.
BAKU.WS xəbər verir ki, 2022-ci il təvəllüdlü körpə yad cisim udması səbəbi ilə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
İlkin müayinələr baş tutub və onun udduğu 8 ədəd xırda maqnit muncuğunun nazik bağırsağında olduğu dəqiqləşdirilib.
Həkim-cərrah Ramiz Məmmədov tərəfindən nazik bağırsağın perforasiyası, kəskin hipertonit diaqnozu ilə azyaşlı əməliyyata götürülüb. Onun nazik bağırsağından yad cisimlər uğurla çıxarılıb.
Hazırda tibb müəssisəsinin cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən azyaşlının vəziyyəti qənaətbəxşdir.
Oxşar xəbərlər
Pula görə bıçağı sevgilisinin ürəyinə sancdı - Keçmiş qadın polisin CİNAYƏT İŞİ - FOTO
2018-ci il oktyabrın 20-i saat 22-də Xırdalan şəhərində, Heydər Əliyev parkında musiqi məktəbinin arxasında 1979-cu il təvəllüdlü Ramiz Hüseynovun meyiti aşkar...