SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına neft və qazçıxarma idarəsinin (NQÇİ) 3 nömrəli Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsinin dənizə uçması nəticəsində itkin düşən 9 neftçinin axtarışlarına 4 dalğıc gəmisi də cəlb olunub.

Bu barədə "Azneft” İstehsalat Birliyində yaradılan qərargahdan bildirilib.

Verilən məlumata görə, dünən dalğıc gəmiləri hadisə yerinə yaxınlaşsalar da hava şəraiti ilə əlaqədar işə cəlb oluna bilməyiblər. Lakin hazırda dalğıc gəmiləri axtarışlarda iştirak edir və sualtı axtarışlara başlanılıb.
 
BAKU.WS