SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Azərbaycanda 6 ədəd qarışıq tipli cəzaçəkmə müəssisəsi tikilir”.

"Qafqazinfo” xəbər verir ki, bunu Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov deyib. O, bildirib ki, həbsxanalar müxtəlif bölgələrdə - Kürdəmir, Lənkəranda və digər ərazilərdə tikilir ki, vətəndaşlar çox əziyyət çəkməsin.

Həbsxanada baş verən ölüm halları ilə bağlı suala rəis müavini belə cavab verib: "Cəzaçəkmə müəssisəsində ölüm halları həmişə olub. Biz müqayisə etsək görərik ki, azadlıqda olanlardan ölənlər cəzaçəkmə müəssisəsində ölənlərdən daha çox olur”.

H. Əlixanov onu da bildirib ki, azadlığa çıxan məhbusların 3-də biri işlə təmin olunub və təxminən 5 min nəfəri işləyir.
 
BAKU.WS