SİZİN REKLAM BURADA!
055 213 76 73


Zaqatalada baş verən partlayış zamanı xəstəxanaya yerləşdirilən 32 yaşlı şəxs vəfat edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Məqsəd Rzayev aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Bununla da, hadisə nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

Qeyd edək ki, hadisə sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində baş verib.

Belə ki, partlayıcı maddənin partlaması nəticəsində 3 nəfər - 1992-ci il təvəllüdlü İlqar Cumayev, 1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alıblar.

Həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS