SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dağıstanda öldürülən silahlı Rüstəm Aselderov "Qafqaz İmarəti" qruplaşmasının yerli qolunun başçısı olub. 

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin saytında bildirilir.    

Məlumata görə, hadisə yerindən çoxlu sayda silah-sursat götürülüb.
 
Polis və dinc sakinlər arasında yaralanan olmayıb.  
 
Rüstəm Aselderovun Rusiya ərazisində törədilən bir çox terror aktlarının təşkilatçısı olduğu bildirilir.  R.Aselderov Həştərxan-Mahaçqala yolunda 40 nəfərin ölümü və 100-dən çox adamın yaralanması ilə nəticələnən terror aktını hazırlayıb.  O, həmçinin 2013-cü ilin dekabrın sonunda Volqoqradda dəmir yolu vağzalı və trolleybusda 34 nəfərin ölümü və 78 nəfərin yaralanması ilə nəticələnən partlayışların təşkilatçısı olub. 
 
BAKU.WS