20 yaşlı qadın əri tərəfindən qətlə yetirildi

Tərtərdə qadın qətlə yetirilib, əri şübhəli şəxs qismində tutulub.
Bu barədə BAKU.WS-ə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, mayın 4-ü saat 12 radələrində Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Leyla Məhərrəmovanın ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Sahib Əlizadənin aralarında yaranmış mübahisə zamanı arvadı Leyla Məhərrəmovanı kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Sahib Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.
Oxşar xəbərlər
Bakıda kişinin qadını boğaraq öldürməsinin səbəbi məlum olub
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Eynur Əlizadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. BAKU.WS “report”a istinadən...
