2 yeniyetmə qız kanalda boğularaq ölüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 06.09.2021-ci il tarixində Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında boğulan 2006-cı il təvəllüdlü Niftəliyeva Arifə Ceyhun qızı və 2008-ci il təvəllüdlü Usubova Fatimə Ədalət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.
Bu barədə BAKU.WS-ə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Müraciətlə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Həyata keçirilən axtarış tədbirləri nəticəsində A.Niftəliyeva və Ə.Usubovanın meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
Arvadı və qızının ölümünə səbəb olduğu iddia edilən Rəhman Niftəliyev danışdı - YENİLƏNİB - VİDEO
Arvadı Aytən Niftəliyeva və 1 yaşlı qızı Tahirənin ölümünə səbəb olduğu iddia olunan Rəhman Niftəliyev sosial şəbəkədə açıqlama verib. BAKU.WS xəbər verir ki, R...