2 yaşlı qız çaya düşərək boğulub
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatalada 2 yaşlı uşaq çayda boğulub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Tala çayının Yuxarı Tala kəndi ərazisindən axan hissəsində baş verib. Rayonda yaşayan Əfəndi İsmayılov ailəsi ilə birlikdə çay kənarında istirahət edərkən azyaşlı qızı - 2023-cü il təvəllüdlü Səfiyyə İsmayılova valideynlərinin nəzarətindən yayınaraq suya düşüb.
Azyaşlı qız axtarışdan sonra sudan çıxarılıb və hadisə yerinə gələn Təcili Tibbi Yardım briqadasına təhvil verilib. Daha sonra Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həkimlər onun həyat əlamətlərinin olmadığını müəyyən ediblər.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....