Rövşən Lənkəranskinin 101 milyon avroluq otelləri ortaya çıxdı

Rövşən Lənkəranskinin 101 milyon avroluq otelləri ortaya çıxdı
Hadisə 5603

Bu il avqustun 18-də İstanbulda güllələnən məşhur azərbaycanlı kriminal avtoritet "Rövşən Lənkəranski"nin İtaliya polisi tərəfindən axtarışa verildiyi məlum idi. İtaliya polisinin bildirdiyinə görə o, çirkli pulların yuyulmasında və digər cinayətlərdə şübhəli hesab olunurdu.

Lakin kriminal avtoritetə qarşı irəli sürülən ittihamların detalları haqda məlumat yox idi. İndi isə belə məlum olur ki, İtaliyanın maliyyə polisi "Rövşən Lənkəranski"nin bu ölkə ərazisində 100 milyon avroya yaxın nəğd pulla iki oteli satın aldığını müəyyən edib və onun izinə düşüb.

Bu haqda "Sputnik Azərbaycan" kriminal dairələrə istinadən yazır.

İtaliyanın maliyyə polisi müəyyən edib ki, bir ay ərzində ölkədə nəğd pula iki lüks-otel satılıb. İtaliyanın Pozitano şəhərində yerləşən "Le Sirenuse" və "Hotel Covo dei Saraceni" otellərindən birincisini naməlum müştəri 52 milyon avroya, ikincisini 49 milyon avroya alıb.

İstənilən Avropa ölkəsi üçün bu cür iri məbləğdə nəğd pulla alqı-satqı dərhal çirkli pulların yuyulması şübhəsini yaradır və bu səbəbdən İtaliyanın maliyyə polisi otelləri kimin aldığını araşdırmağa başlayıb. Bu zaman izlər Rövşən Canıyevə gedib çıxıb. Hərçənd ki, Canıyev otelləri öz adına rəsmiləşdirməmişdi. Məlum olub ki, "Hotel Covo dei Saraceni" çeçen "vor zakon" Hamzat Qastemirovun ("Şeyx Hamzat") arvadının adına sənədləşdirilib. Həmin Qastemirovun ki, o, iki türk və bir çeçen mafioz klanının Canıyevin düşmənlərinə qarşı birləşməsinin təşəbbüskarı idi.

"Le Sirenuse" oteli isə Lənkəranskinin qohumlarından birinin adına rəsmiləşdirilib. Lakin hazırda hər iki otel "Şeyx Həmzət"in mafioz klanının nəzarətindədir. Bildirilir ki, bu yaxınlarda çeçen avtoritetin vəkilləri "Le Sirenuse" otelini Lənkəranskinin qohumlarından məhkəmə yolu ilə alıblar.

Məlumata görə İtaliya polisi Canıyevin izini tapanda o, bütün iri yatırımlarını Qastemirovun nəzarətinə verib. Hazırda İtaliyada Qastemirovun üç oteli, bir restoranı və səkkiz kotteji var. Habelə Lənkəranskinin klanı Hamburq, Mühnen və Berlinə də iri yatırımlar qoyub. Habelə Qastemirovun klanı Avropada Rusiyaya mal göndərən topdansatış bazalarına nəzarət edir. Bildirilir ki, kriminal aləm tezliklə Lənkəranskinin Avropaya iri yatırımları barədə məlumatları eşidib heyrətə düşəcək.

Qastemirov türkiyəli "kabadayılar" Bülent Bafral və Sedat Şahinlə yanaşı italyan mafioz klanı Matteo Messina Denaro ilə də birləşib. Onun ləqəbi "şeytan" mənasını verən "Dyabolik"dir. Denaro Koza Nostra-nın aparıcı liderlərindən biridir, dünyanın ən təhlükəli cinayətkarları sırasında 6-cıdır. Habelə italyan mafiozlardan Bernardo Provensiano da Qastemirovla ortaqdır.

Lent.az

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər