Moskva univermağının satıcıları aksiya keçirdi (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Moskva Ticarət Mərkəzində satıcılar aksiya keçirib.
BAKU.WS-in məlumatına görə, satıcılar univermaqda satış üçün yer haqqının baha olmasından şikayətlənirlər. Təxminən 500 nəfərə yaxın satıcı icarə haqqının bir az aşağı salınmasını və onlara güzəşt olunmasını tələb edir.
Şəhriyar Rəhimov adlı oxucunun BAKU.WS-ə verdiyi məlumata görə, hazırda ticarət mərkəzində satıcılardan 1200-1500 manat tələb olunur. Lakin ticarət mərkəzində alış-veriş olmadığı üçün satıcılar həmin məbləği ödəyə bilmir. Bu səbəbdən də, bəzi mağazalar bağlanıb.
Univermaq rəhbərliyi satıcıların tələbini yerinə yetirməkdən imtina edib. BAKU.WS əməkdaşı univermağın rəhbərliyi ilə əlaqə saxlayıb. Rəhbərlikdən bildirilib ki, satıcıların tələblərini imkan daxilində nəzərə alacaqlar.
Ziya Babayev
BAKU.WS
Oxşar xəbərlər
Bakıda məşhur ticarət mərkəzində yanğın
Bakıda ticarət mərkəzində yanğın hadisəsi qeydə alınıb. BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla verdiyi məlumata görə, yanğın paytax...