“Mən tutulanda, o evləndi” – Sevgilisinə görə narkotikə qurşanan məhbus QADIN – VİDEO
29
okt
2018
13:45
ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında sərhəddən qanunsuz narkotik keçirən məhkum qadından bəhs edilib.Kristina Dobramıslova (Cəzası – 7 il 6 ay) başına gələn hadisədən danışdı: “1987-ci ildə Bakıda anadan olmuşam. Atamla, anam dənizdə işləyirdilər. Məktəbi 9-cu sinifdə bitirmişəm. Sumqayıtda bir müddət qaldıq. Arada Rusiyaya getdik, sonra yenidən Sumqayıta qayıtdım. Bir yerə işə düzəldim, mühit pis oldu. Bir insanı istədim, onunla bir yerdə başladım. O, canını qurtara bildi, yaxşı ailədən idi. Mən artıq müalicə olunmaq istəmirdim. Fikirləşirdim ki, onu vurub bir də durmayacam. Amma ölmürdüm. 18 yaşım var idi. Həyatı indiki kimi anlamamışam. Oğlan deyirdi ki, əsas mənəm, ailəm səninlə yaşamayacaq ki? Amma ayrıldıq, müalicəmi də edə bilmədim. Narkotikin hər bir növündən istifadə etmişəm. Acığa edirdim, fikirləşirdim ki, oğlan qayıdacaq və hər şey yaxşı olacaq.Kakos narkotik növü var. Ondan 187 qram gətirmişəm. Çarəsizlikdən olub. Yaxınım yox idi ki, mənə kömək etsin. Yaxşı pul alacaqdım, ona görə risk etdim. İşləyib, qazanıb, ona xərcləyirdim. Elə oldu ki, tutdular. Burada hər dəqiqə çətindir. İstəyirəm ki, yeni həyata başlayım. Oğlana bir dəfə məcbur zəng etdim ki, anamdan məlumat versin. Xahiş etdim ki, anama zəng vurub desin ki, məni yığsın. Anam biraz xəstədir. Burada olanda eşitdim ki, evləndi oğlan. Biz birlikdə xoşbəxt ola bilmədik, amma istəyərəm ki, o olsun. Azadlıq mənə görə indi hərşeydir. Mən pis xəstəliyə düçar olmuşam, bilmirəm nə qədər ömrüm qalıb. Amma azadlıqda ölənə qədər yaxşı yaşaya bilərəm. Xəstəliyimə də səbəb narkotik olub. İynə əlimə batdı, xəstəlik tutdum”.BAKU.WS
Oxşar xəbərlər
Cavanlara məsləhət verən keçmiş məhkum DANIŞDI – VİDEO - FOTO
Kürdəmirdə narkotik tərkibli bitki əkən şəxs tutulub. BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, rayonunun Karrar kənd sakini Rauf İbrahimovun qanunsuz olaraq...