Hərbi qulluqçumuz minaya düşdü - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün saat 15:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Nəzərxanlı Elgün Elxan oğlu Zəngilan rayonu ərazisində xidmət apardığı sərhəd döyüş məntəqəsinə hərəkət zamanı piyada əleyhinə minaya düşərək xəsarət alıb.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
İlkin tibbi yardım göstərildikdən sonra hərbi qulluqçu helikopterlə Füzuli rayonunun Əhmədbəyli qəsəbəsində yerləşən hərbi hospitala təxliyə edilmişdir, həkimlərin tam nəzarəti altındadır.
Oxşar xəbərlər
SON DƏQİQƏ - İranla sərhəddə atışma - bir hərbçimiz həlak oldu, biri yaralandı (FOTO)
Bu gün saat 06:50 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığınd...