Bakıda qadın həbsxanada uşaq doğdu-Körpəni məhkəməyə gətirdilər

Bakıda qadın həbsxanada uşaq doğdu-Körpəni məhkəməyə gətirdilər
Hadisə 2468

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Xalidə Bəkirova və Gülşən Bəkirovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə bildirilib ki, X.Bəkirova 3 gün əvvəl Bakı İstintaq Təcridxanasında uşaq dünyaya gətirib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları körpəni məhkəməyə gətiriblər. 

Məhkəmə baxışı martın 15-nə təyin edilib. 

Qeyd edək ki, ötən il dekabrında Bakıda mənzillərin birindən 12 min manat dəyərində qızıl zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 1993-cü il təvəllüdlü Yevlax rayon sakini Xalidə Bəkirova və Gülşən Bəkirova tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə cinayət işi açılıb.

BAKU.WS

Oxşar xəbərlər

Yaşlı qadını zorlayan 2 uşaq atasının məhkəməsi başladı

Yaşlı qadını zorlayan 2 uşaq atasının məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yaşlı qadını zorlamaqda təqsirləndirilən 1990-cı il təvəllüdlü Camir İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başla...

4392 Hadisə 14:46 06 yanvar 2017

Son xəbərlər