Bakı metrosunda tanınmış televiziya aparıcısını döymək istədilər (FOTO)

Bakı metrosunda tanınmış televiziya aparıcısını döymək istədilər (FOTO)
Hadisə 15060
Tanınmış televiziya və radio aparıcı Cavid Osmanov Bakı metrosunda döyülmək təhlükəsi ilə üzləşib. BAKU.WS-in məlumatına görə bu barədə Cavid Osmanov sosial şəbəkədə məlumat paylaşıb: "Neftçilər metrosu. Səhər tezdən. İşə gecikirəm. Adətən,səhərlər özümə kofe bişirirəm,amma gecikəndə McDonald`s-dan özümə kofe alıb düşürəm metroya. Gecə pis yatmışdım,işıq gözlərimi qamaşdırırdı. Eynəyi gözlərimdən çıxarmamaq qərarına gəldim.Qaçaraq yaxınlaşıram turniketə. Metro kartı boşdu (Mörfi qanunu). Qaçıram geriyə,balans doldurma apartına doğru. Orda xaotik şəkildə insanlar dayanıb. Mənim növbəm gəldi. Aparatın qabağında durmuşam. Kofe stəkanımı aparatın yuxarısına qoyuram,pul kisəsini çibimdən çıxarıram və... bu an,soldan bir nəfər mənim əlimi itələyir və öz kartını aparata yerləşdirməyə cəht edir. Əlindən tutaraq mən :Cavid: - Üzr istəyirəm,burda növbə var və indi mənim növbəmdi. - Əşşi, gecikirəm. Nəyə durmusan boş-boş, keç dəəə!! Cavid: - Bəy, belə olmaz axı, - çox yaxşı geyinmiş,əla ətrdən istifadə edən,ağ köynəkli və qara pencəkli şəxs çox yüksək və alçaldıcı tonda mənə söhbəti davam elədi. - Çobanlıq eləmə!!! Sözün var? - bunu deyən naməlub,təqribən 40 yaşlı yoldaş əlimi möhkəm sıxdı!Qəlbimdə yatan qazaxlı istəmədən oyandı. Cavid: - Siz və sizin kimi insanlara izah etmək istəyirəm ki,heç də hər şey sizin diktənizlə getmir.Bizim söhbətimiz balaca uşaqların bir oyuncağa görə olan davaya bənzəyirdi. Naməlum şəxs mənimlə əl qolla danışmağa davam etdikcə mən birdən rahatlaşdım. Başa deşdüm ki, mən onun səvəyyəsinə enməkdə davam edirəm və o səviyyədə onun təcrübəsi məndən çoxdu. Niyə öz əsəblərimi korlayıram,niyə ümumiyyətlə bu hadisə mənimlə baş verir?! Ətrafımıza insanlar toplaşmağa davam edirdi. Mən polis çağırdım. Naməlum adam: - Niyə polis çağırırsan?!Cavid: - Çünki, sizə öz fikrimi izah etməyə çalışdım və alınmadı.Polis bizi xüsusi otağa apardı. Otaqda məlum oldu ki, naməlum şəxsin adı Ruslandı. O polis əməkdaşı ilə də yüksək və özünə arxayın tonda danışmağa davam edirdi. Mənə nəsə demək istəyəndə mən sadəcə polisə Ruslanın mənimlə necə danışdığını göstərirdim və deyirdim ki,adam məni emosiyalara çıxarmaq istəyir.Ruslan bir daha məndən soruşdu ki,niyə polis çağırmısan. "Çün ki, sizin kimi insanlar özünü tamami ilə cəzasız hiss etmələri,həyasızlığına salıb insanlarla kobud danışmaqları, onlara hər şeyin icazəli olduğunun sandıqları, heç kimə hörmət etməmələri və öz əsəblərimi qoruduğuma görə polisə müraciyyət etmişəm, dedim. Ruslan bunu eşitdi və otaqdan çıxmaq isdədi. Polis onu saxladı və məndən soruşdu ki, nə edək indi? Cavid: - Ruslan bəy, məndən üzr istəsin, əlimi sıxsın və gedək işimizə-gücümüzə. Ruslan məndən üzr istədi,lakin bildirdi ki, biz mütləq görüşəcəyik.Nəticə: əsəblərimi korlamayacam,təxribatlara getməyəcəm,yarana biləcək problemləri yalnız hüquqi şəkildə həl etməyə çalışacam. Hamıya uğurlu gün!"NazimBAKU.WS
Bakı metrosunda tanınmış televiziya aparıcısını döymək istədilər (FOTO)
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər